20-21-22 Oktyabr 2023-cü il “İslam maliyyə məhsulları: bankçılıq, sığorta, mikromaliyyə və kapital bazarı” üzrə Beynəlxalq Sertifikatlı təlim proqramı keçiriləcək.
QHT.az xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Türkiyə Katılım Banklar Birliyinin birgə təşkilatçılı və “Vitam MMC” şirkətinin maliyyə dəstəyi ilə keçirilən təlim proqramı "İslam Bankçılığı","İslam Mikromaliyyəsi", "Təkafül (İslam) Sığorta sistemi" və "Sükuk (İslam istiqrazları)" mövzularını əhatə edir.
Əsas Spiker 10-ildən artıq bu sahədə təcrübəsi Ali Öztürkdür. Təlimdə Ali Öztürklə yanaşı yerli ekspertlər Anar Yusufzadə və İbrahim Ağayevdir çıxış edəcəklər.
Qeyd edək ki, oktyabrın 22- də Beynəlxalq Sertifikatlı Təlim öz işinə başlayıb.
Pərvanə Fərhadqızı












