UNEC-də keçirilən İnnovasiya Həftəsi çərçivəsində In4Tech Academy-nin təşkilatçılığı ilə mini hackathon baş tutdu.

QHT.az xəbər verir ki, bu tədbirdə 6 komanda birincilik uğrunda yarışaraq müxtəlif innovativ layihələr üzərində çalışdı. Hackathon ərzində iştirakçılar öz bilik və bacarıqlarını göstərərək fərqli həll yolları təqdim etdilər. Yarışın qalib komandasına In4Tech Academy tərəfindən 100% ödənişsiz təhsil sertifikatı hədiyyə olundu.