14 mart 2022-ci il tarixdə Pirallahı rayonu Gənclər Mərkəzində Rayon İcra Hakimiyyətinin, Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisyasının və Sağlamlığa Xidmət ictimai birliyinin təşkilatçılığı ilə 24 Mart Ümumdünya vərəmlə mübarizə gününə həsr edlən “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda tədbir keçirilmişdir.
QHT.az xəbər verir ki, tədbiri Pirallahı rayonu Gənclər Mərkəzinin rəhbəri, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin nümayəndəsi Təranə İsgəndərova qonaqları və iştiakçıları salamladı.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, tibb elmlər üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova vərəm xəstəliyi haqqında geniş təqdimatla çıxış etmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisyasının və Sağlamlığa Xidmət ictimai birliyinin rəhbəri Elçin Muxtarlı və Sağlamlığa Xidmət ictimai birliyinin layihə koordinatoru Samirə Muxtarova çıxış edərək bu günkü tədbirin keçirilməsinin Azərbaycanda vərəmlə bağlı mövcud olan vəziyyəti maraqlı tərəflərin iştirakı ilə müzakirə etmək olduğunu, bu sahədə infeksion xəstəliklərin qarşısının alınmasına xüsusi əhəmiyyət verildiyini, o cümlədən vərəmə qarşı mübarizə məsələlərinin diqqət mərkəzində saxlanıldığı qeyd etdilər.
Çıxış edən natiqlər onu da vurğuladılar ki, vərəm xəstəliyinin erkən aşkarlanması məqsədi ilə kütləvi profilaktik və səyyar skrininq müayinələr aparılır.
Tədbirin sonunda Fujifilm şirkətinin FDR Xair portativ, süni intellekt üstünlüyünə malik rentgen qurğusu vasitəsilə müayinələr həyata keçildi.












