Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  on ildən çoxdur ki, bölgədə ekoloji maarifləndirmə işləri görür,  Kür çayı sahillərində ətraf mühitin qorunması, biomüxtəlifliyin mühafizəsi  istiqamətində  ictimai əhəmiyyətli təşəbbüslərə dəstək verir. 

 

İctimai birlik hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Şirvan Milli Parkının və Babazanan  yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində  tədbirlərini davam etdirir.  Ekoturizm imkanları nisbətən az olan Aran iqtisadi rayonunda  yeni yaşıllıqların salınması və məhv olmuş meşələrin bərpası bu gün çox aktualdır. Qlobal istiləşmə, şəhərsalmanın genişlənməsi, su istehlakının artması  Kür çayında suyun səviyyəsinin minimuma qədər azalması bu problemin həllinə səylərinn artırılmasını tələb edir. Bu mənada  layihə komandası icra planına uyğun olaraq  Kür çayının Salyan şəhərinin  ərazisindən keçən hissəsində  yeni yaşıllıqların salınmasına dəstək göstərir.

 

 Kür çayı sahillərinin  əraziləri vaxtı ilə Tuğay meşələri   kimi məşhur olub.  Burada mövcud qovaq ağacları ətrafa sərinlik verməklə yanaşı ərazinin təbii coğrafi mövcudluğunu da tamamlayırdı. Rayon ictimaiyyəti çay sahilinin yenidən yaşıllaşdırılması istiqamətində ciddi addımlar atmaqdadır. İctimai Birliyin üzvləri və könüllüləri də bu işə qoşulmaqla xeyirxaq bir iş görmüşlər. Mövcud yaşıllıqların davamı kimi  150 ədəd qovvaq tinkləri gətirilərək ərazidə əkilmişdir.

 

   Tədbirdə rayonun idarə, müəssisə və təşkilatları, Yaşıllaşdşrma, Gənclər və İdman İdarəsi, təhsil işçiləri,  ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Rayon Ziyalılar birliyinin, Ağsaqqallar Şurasının. Qarabağ Müharibəsi  Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Salyan rayon filialının, ekoloji istiqamətdə fəaliyyət göstərən  qeyri-hökumət təşkilatalarının rəhbərləri, KİV təmsilşiləri, “Ana Kür” İctimai Birliyinin üzvləri və könüllülər iştirak etmişlər.

 

   İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov iştirakçılara ətraf mühitin qorunması istiqamətində ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışmış və əkiləcək hər bir qovaq ağacının qorunmasının vacibliyini qeydb etmişdir.    

 Tədbir çərcivəsində yeni əkilmiş ağaclar budanmış və suvarılmışdır.Yeni əkilmiş tinklərin mal qaradan qorunması üçün tədbirlər görülmüşdür.  İctimai birlik rəhbəri bildirmişdir ki, tədbirə qoşulacaq könüllülər tərəfindən ərazidə yeni ağacların əkilməsi davam etdiriləcəkdir.

 

 İctimai birlik isə  gənclərdə təbiətə münasibətin daha da genişləndirilməsi üçün  maarifləndirici dəyirmi masalar, Şirvan Milli Parkına və Babazanan yüksəkliyinə  ekoturlar təşkil edəcəkdir. Beş ay davam edəcək  layihədə məqsəd fəal istirahət etməklə bərabər təbiətimizi qorumaq və təbliğ etmək təşəbbüslərinə dəstək olmaqdır.