Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə “Öndə Gənclər” İctimai Birliyinin icra etdiyi ÖYRƏT proqramına müraciət başlayır.
ÖYRƏT gənclərlə işləyən təlimçilər üçün uzunmüddətli peşəkar inkişaf və sertifikasiya proqramıdır.
Proqramın yanaşmasına görə, təlimin dəyəri danışılan mövzularla və keçirilən fəaliyyətlərlə deyil, iştirakçıda yaranan nəticə ilə ölçülür. 

Buna görə yaxşı təlim üç suala aydın cavab verməlidir:

  • İştirakçı nəyi izah edə biləcək?
  • Nəyi müstəqil tətbiq edə biləcək?
  • Hansı peşəkar yanaşmanı göstərəcək?

ÖYRƏT təlimçilərə təlimin məqsədini, fəaliyyətlərini və qiymətləndirməsini bu nəticələrə uyğun qurmağı öyrədir.
Proqramın yanaşmasının arxasında bir inam dayanır: yaxşı təlim təsadüf deyil. O, real ehtiyacdan başlayır, aydın nəticə ilə qurulur, tətbiqlə sınanır və geribildirimlə təkmilləşir.

Sonda isə nəticəni bir sual yoxlayır:
Öyrətdin. Nə dəyişdi?

 

Proqram boyunca iştirakçılar auditoriyanın ehtiyacını müəyyənləşdirəcək, ölçülə bilən nəticələr quracaq, hazırladıqları təlimləri real auditoriyada tətbiq edəcək və geribildirim əsasında təkmilləşdirəcəklər.

 

Bu inkişafın təsiri təlimçi ilə bitmir. Daha güclü təlimçi daha keyfiyyətli öyrənmə prosesi qurur. Əsas məqsəd də bu yolla daha çox gəncin bacarıqlarını inkişaf etdirməsinə və əmək bazarına daha hazırlıqlı daxil olmasına töhfə verməkdir.
 

ÖYRƏT-in təqdimatında proqramın təlim keyfiyyətinə yanaşması, inkişaf mərhələləri, iştirakçıdan gözləntilər və seçim prosesi yer alır. Təqdimat təlimçilik, fasilitasiya, mentorluq və gənclərlə iş sahəsində çalışan hər kəs üçün açıqdır.

 

Proqrama qoşulmaq istəyənlər üçün ilk addım Missiya Brifinqidir. Brifinq zamanı namizədlər ÖYRƏT-i yaxından tanıyacaq və proqramın onlara uyğunluğunu müəyyənləşdirəcəklər.

İştirak ödənişsizdir.

Müraciətlər 20 avqust 2026-cı ilədək qəbul olunur.

 

ÖYRƏT-in təqdimatı: https://bit.ly/Təqdimat
Missiya Brifinqinə müraciət: https://bit.ly/ÖyrətQeydiyyat