ABŞ-ın iScience jurnalında dərc olunan yeni araşdırmaya görə, sivrisineklərin bəzi insanları digərlərindən daha çox sancmasının səbəbi dəridəki bakteriyaların yaratdığı fərdi qoxu ola bilər.

QHT.az xarici  mediaya istinadən bildirir ki, Miami şəhərində 120 nəfərin iştirakı ilə aparılan təcrübədə üç fərqli sivrisinek növü araşdırılıb. Nəticələr göstərib ki, hər növ fərqli qoxu birləşmələrinə üstünlük verir.

Tədqiqat zamanı insan dərisində 246 bakteriya növü də müəyyən edilib. Alimlərin fikrincə, bu bakteriyaların yaratdığı qoxular sivrisineklərin insanları seçməsində əsas amillərdən biri ola bilər.

Araşdırma sivrisinek sancmalarının niyə bəzi insanlarda daha çox müşahidə edildiyini anlamağa yeni ipucları verir.