Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Təhsil” yay düşərgəsinin iştirakçıları olan şəhid övladları "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər.
QHT.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşən gənc düşərgə iştirakçıları onlarla əyləncəli zaman keçirib və xatirə şəkilləri çəkdiriblər.
Bir daha səmimi qarşılamaya görə "Qarabağ" Futbol Klubunun rəhbərliyinə, həmçinin məqşçi və futbolçu heyətinə öz dərin təşəkkürlərimizi bildiririk!










