Avqustun 27-də gənclər və idman naziri Fərid Qayıbov nazirlik tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olmuş təşkilatların nümayəndələri ilə görüşüb.
QHT.az xəbər verir ki, nazir qalibləri təbrik edib, uğurlar arzulayıb və qrant müsabiqəsindən gözləntilərini ifadə edib. Sonra təşkilatları maraqlandıran suallar cavablandırılıb.
“Regional İnkişaf” İctimai Birliyinin “Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı” layihəsi də müsabiqənin qalibi olub. Layihənin rəhbəri, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Orucəli Abbaszadə də görüşdə iştirak edib.
Qeyd edək ki, 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində 9 mövzu üzrə 31 istiqaməti əhatə edən 75 layihənin dəstəklənməsi təsdiq olunub.










