Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 28 avqust saat 11:00-da başlayacaq. Qeydiyyat prosesi üçün abituriyentlər https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

QHT.az xəbər verir ki, bu mərhələdə abituriyentlər şəxsi və qəbul məlumatlarını təsdiq edə, həmçinin tələb olunan sənədləri elektron sistemə əlavə edə bilərlər. Qeydiyyat prosesi 6 sentyabr saat 18:00-da başa çatacaq.

Qeyd etmək lazımdır ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Abituriyentlərin qeydiyyat prosesinə vaxtında başlamaq və tələb olunan bütün sənədləri təqdim etmək vacibdir.