Bu gün Təhsil Nazirliyi İctimai Şuraya seçkilər ilə bağlı məlumat yayıb. QHT.az xəbər verir ki, Nazirlik İctimai Şura üzvlərinin sayı 11 nəfərdən 9 nəfərə endirib.
2019-cu ildə formalaşan ictimai şura üzvlərinin sayı isə 11 nəfər olmuşdur.
Qeyd edək ki, qanunvericiliyə görə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi həmin orqanın fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə seçki komissiyaları tərəfindən müəyyən edilir.
P.S. Təhsil sahəsinin geniş olmasına baxmayaraq İctimai Şura üzvlərinin sayının azaldılması ciddi suallar doğurur.












