BMT-nin ilk yardımı dünən Türkiyə üzərindən ikiqat zəlzələdən ciddi ziyan çəkən Suriyanın şimalına çatmağa başlayıb.

QHT.az xəbər verir ki, Türkiyədə ikiqat zəlzələnin vurduğu Suriyada can itkisi 3162-yə yüksələrkən, 5235 yaralı olduğu açıqlanıb. Türkiyədə baş verən zəlzələlər Suriyanın İdlib, Hələb, Hama, Latakiya, Tartus və Rakka vilayətlərində də güclü hiss olunub, şəhərlərdə böyük dağıntılar olub. Suriyanın “Ağ Dəbilqəlilər” mülki müdafiə qrupu, müxaliflərin nəzarətində olan Suriyanın şimal-qərbində vəziyyətin pis olduğunu bildirsə də, ilk yardım Türkiyə üzərindən bölgəyə çatmağa başlayıb. “Ağ Dəbilqəlilər” könüllülərindən Asim əl-Yəhya “Yüzlərlə ailə hələ də dağıntılar altındadır. Axtarış-xilasetmə vasitələrinin böyük çatışmazlığı var." deyə ifadə edib.

Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adhanom Ghebreyesus bu gün Suriyaya gedəcəyini açıqlayarkən, dünən zəlzələdən zərər çəkən Türkiyədəki Cilvegözü qapılarından və Suriyadakı Bab əl Hava qapılarından İlk yardım karvanı üçün keçidlər başladı. BMT isə dünən bölgəyə çatdı. Digər tərəfdən, “Ağ Dəbilqəlilər” konvoyda lazım olan axtarış-xilasetmə vasitələrinin mövcud olmadığını açıqlayıb.