Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalaraq həyatını itirən iki bacı məmləkəti Amasyanın Taşova rayonunda torpağa tapşırılıb.
QHT.az xəbər verir ki, Kahramanmaraşda dağılmış evin dağıntıları altından cansız bədənləri çıxarılan 43 yaşlı İkramiyə və 26 yaşlı Damla Seyhanın cənazələri Hüsnüoğlu kəndinə gətirilib.
Cənazə namazından sonra iki bacının cənazələri kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasiminə Seyhan qardaşların ailəsi, Taşova Bələdiyyə Başçısı Bayram Öztürk və vətəndaşlar qatılıb.












