İstanbul valisi Əli Yerlikaya, 715 Afət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) könüllülərinin Kahramanmaraşda zəlzələ nəticəsində viran qalan şəhərlərdə vətəndaşlara dəstək olmaq üçün 2 qatarla başda Hatay olmaqla fəlakət bölgəsinə getmək üçün yola çıxdığını bildirdi.

QHT.az xəbər verir ki, Kahramanmaraşda 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgəyə yardım göndərilməsi davam edir.

İstanbul valisi Əli Yerlikaya da bu gün sosial media hesabında bölgəyə göndərilən yardımlar və qruplar haqqında bu məlumatları paylaşıb:

"AFAD könüllülərimizi qatarlarla zəlzələ bölgələrinə göndərməyə başladıq. Saat 14:00-dan etibarən 715 AFAD könüllüsü İstanbuldan İskəndərun istiqamətində 2 qatarla Hatay başda olmaqla zəlzələ bölgələrinə göndərilib".