Dünya tarixinin ən böyük zəlzələlərindən birini yaşamış Türkiyə üçün səfərbər edilib. Bir çox ölkə Türkiyəyə kömək əlini uzadarkən, dünya mətbuatı bölgədəki prosesləri anbə-baba oxucularına çatdırır. Bax dünyanın gözündən Türkiyədə baş verən zəlzələ faciəsi...
Dünəndən dünyanın gözü, qulağı zəlzələ bölgəsindən xəbərlərdədir.
QHT.az xəbər verir ki, "Greek In.gr" saytı oxucularının qarşısına “Yunanlar və türklər xarabalıqda bir yumruq” başlığı ilə çıxdı. Xəbərdə, 'Yunan və türk xilasediciləri dağıntılar altında yumruq kimi canlarını qurtarmağa çalışır' deyilir.
"Kathimerini" qəzetinin 'Ümid sönür, ümidsizlik böyüyür' başlıqlı xəbərində 'xarabalıqlar altında qalan insanlar üçün ümidsizlik artır' deyilir.
Yunan mediası həmçinin, Yunanıstan Xüsusi Fəlakətlərə Cavab Qrupunun (EMAK) üzvü Konstantinos Nikasın hekayəsini işıqlandırıb.
Nikas balaca Fatmanı dağıntılar altından çıxardıqdan sonra göz yaşlarına hakim ola bilməyib. Məlum olub ki, 1995-ci ildə Yunanıstanda baş verən 6,1 bal gücündə zəlzələdə Konstantinos Nikasın atası da uşağı xilas edib.
BBC-nin “Prezident Ərdoğan: Belə böyük fəlakətlərə hazırlaşmaq mümkün deyil” başlıqlı xəbərində o, ailəsindən heç bir xəbər ala bilməyib 1000 kilometr yol qət edən tibb fakültəsi tələbəsi Aylin Pulatın yaşadıqlarına da yer verilib.












