ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirinə məruz qalan Kahramanmaraş və ona bağlı Türkoğlu və Qaziantep Nurdağı rayonlarında dəyən ziyanı göstərən peyk xəritəsini dərc edib.
QHT.az xəbər verir ki, NASA-nın verdiyi açıqlamada fevralın 6-da Türkiyə və Suriyada baş verən iki zəlzələnin hər iki ölkədə geniş ərazilərdə dağıntılara səbəb olduğu qeyd edilib.
Qurumun paylaşdığı zədələnmiş ərazilərin vizual və məlumat qeydində,
"İlkin zərər xəritəsi Kahramanmaraş, Türkoğlu və Nurdağı bölgələrini göstərir. Tünd qırmızı nöqtələrlə işarələnmiş hissələr binalara və infrastruktura mümkün ciddi ziyanı və ya ərazinin təbii landşaftında mümkün dəyişiklikləri, narıncı və sarı rənglə işarələnmiş hissələr isə az və qismən zədələnmiş əraziləri göstərir. Hər bir nöqtənin diametri təxminən 30 metrdir.
NASA-nın geofiziki Erik Fildinq, fikirlərini şərhdə qeyd etdi:
“Bunlar uzun bir sıra qırılma seqmentləri boyunca çox böyük və güclü zəlzələlər idi. O, geniş ərazilərdə təsirli olan, bir çox məskunlaşmış şəhər və qəsəbələri vuran son dərəcə güclü təkanlar yaratdı. Qırılmanın uzunluğu və şiddəti 1906-cı ildə San Fransiskonu dağıdan zəlzələ ilə eyni idi.
Hadisəni çox yaxından izlədiklərini ifadə edən Fəlakət Proqramı Meneceri Shanna McClain, məlumat qeydində əks olunan açıqlamada da qeyd etdi:
“Peyklər vasitəsilə mümkün qədər çox zərərin xəritəsini çəkməklə yanaşı, biz peyklərdən sürüşmə risklərini və cavab tədbirlərini çətinləşdirə biləcək hava şəraitini izləmək üçün də istifadə edirik”- deyə qeyd edib.
McClain vurğuladı ki, onlar zəlzələ ilə bağlı xəritəçəkmə portalı yaratdılar və dağıntılar haqqında yeni şəkillər və məlumatlar əldə etdikcə bu portalı yeniləyirlər.
Qurumun açıqlamasında o da bildirilir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bölgədəki maraqlı tərəflərinin ehtiyacları, yaratdıqları işçi qrupu ilə risklərin qiymətləndirilməsinə dəstək və təkmilləşdirmə səyləri üçün elmi məlumatların təmin edilməsi üçün edilən çağırışlarda iştirak etdikləri də xatırladıldı.
Digər tərəfdən, NASA əldə etdikləri məlumatları və yaratdığı zərərin qiymətləndirilməsi xəritələrini ABŞ Dövlət Departamenti, Kaliforniya Seysmik Təhlükəsizlik Komissiyası, Miyamoto Qlobal Fəlakətlərə Yardım Təşkilatı və dünya ilə paylaşdı.
O, həmçinin bankı kimi qurumlarla paylaşma prosesində olduqlarını açıqladı.












