Xəbərlər Blokuna ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiya və reportajlar daxil edilib.

 

Xəbərlər Blokunun bu dəfə ki buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:

 

• Bakıda ictimai iştirakçılıqla bağlı beynəlxalq konfrans keçirilib.

• “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlər davam edir.

• “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Azərbaycanda dini tolerantlıq, birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans baş tutub

 

Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.