Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif olunublar.
Prezident tərəfindən QHT sektoruna göstərilən bu diqqət QHT camiyəsi tərəfindən yüksək qiymətləndirilib.
Vətəndaş cəmiyyəti nümayəndələri ölkə başçısına təşəkkürünü bildirib və ürək sözlərini bölüşüblər.
QHT.az təltif olunan QHT camiyəsi nümayəndələrinin fikirlərini təqdim edir.
Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfındən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunmağımdan şərəf duyur və belə yüksək təltifə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev:
“Bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığım Sərəncamla ilə təltif olunduğum “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu. Bu təltifə görə cənab Prezidentə təşəkkür edirəm.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ən böyük uğur hekayəsidi. Bu gündə bu uğur hekayəsi davam edir.
Uzun əsrlərdən bəri xaqlımızın azadlıq yanğısı, müstəqillik arzusu, qurub-yaratmaq, dövlətçilik potensialı Azərbaycan Xalq Cümhuriyyətinin timsalında, xalqımızın zəngin, mədəniyyətinə, milli ənənələrinə, möhtəşəm tarixinə layiq formada reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti milli olduğu qədər bəşəriydi və o zaman üçün insan hüquq və azadlıqları, universal dəyərlər, tərəqqipərvər amallar mükəmməl formada və real məzmunda Cumhuriyyətimizin fəaliyyətində əksini tapmışdı.
Çox xöşbəxtəm ki, dövlət müstəqilliyimizin bərpası prosesində fəal iştirakçı olmuşam, bu gün dövlət quruculuğu, dövlətçiliyimizin möhkəmlənməsində mümkün olan töhfəni verməyə çalışıram. Cümhuriyyətlə bağlı medalı ilə təltif olunmağım üzərimə əlavə məsuliyyət qoyur və yeni güc verir. Bu gün “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarının təqdim olunması qürur verir. Allah Azərbaycanımızı qorusun!”
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov:
"Çox şanslıyıq ki, yüz il əvvəl babalarımız şərqdə ilk demokratik Cümuhuriyyət qurub, çox şanslıyıq ki, bizim nəsil o Cümuhuriyyəti yenidən bərpa edə bilib. Çox şanslıyıq ki, bizə Cümuhuriyyətimizin yüz illiyini qeyd etmək qismət olub. Çox şanslıyıq ki, Cümuhuriyyət quruculuğuna bizlər də çox kiçik də olsa tövhə vermişik. Çox şanslıyıq ki, hər kəsin kiçik xidmətini belə nəzərdən qaçırmayan Prezidentimiz var. Təşəkkür cənab Prezident."
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri,siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov:
“Böyük minnətdarlıq və qürur hissi ilə, cənab Prezident İlham Əliyevə bu mürəkkəb tarixi mərhələdə ölkəmizin inkişafı və rifahı naminə, uğurlar arzu edirəm ! Tanrı Prezidentimizi və xalqımızı qorusun !”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov:
"Bu medalla təltif olunmağımdan böyük qürur hissi keçirir və Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Allah dövlətimizi və cənab Prezidentimizi qorusun!"
Milli QHT Forumunun prezidenti Rauf Zeyni:
"Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medali ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu münasibətə, diqqət və qayğıya görə ölkə Prezidenti cənab Ilham Əliyevə dərin təşəkkürümü bildirirəm. Müstəqilliyimiz əbədi, dövlətimiz və millətimiz var olsun. Ölkə Prezidentinə böyük qələbələr arzulayıram."
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova:
“Azərbaycanımızın Dövlət quruculuğunda atam Alxas Kişiyevin xidmətləri olub. Alxas müəllim ömür boyu dövlətimizin uğurlu gələcəyi üçün Ulu Öndərimiz Heydər Əliyevin siyasətini dəstəkləyib.
Mən Atamın əqidəsi ilə həyatımı davam edirəm və ölkəmizin ictimai fəaliyyətində aktiv olmağıma çalışıram. Bu gün "Azarbaycan Xalq Cumhuriyyətinin 100 İlliyi (1918 -2018)" yubiley medalı ilə təltif edildiyim üçün cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Hər zaman ölkəmə, dövlətimə sadiq olmağıma and içirəm!”












