Xəbərlər Blokuna ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiya və reportajlar daxil edilib.

 

Xəbərlər Blokunun bu dəfə ki buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:

 

• Şura “İnnobank” İdeya və Elektron Resurslar Xidmətinin təqdimatını keçirib.

• QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə beynəlxalq tədbir keçirilib.

• Turizm potensialının təbliği mövzusunda beynəlxalq konfrans baş tutub.

 

Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi