Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 13 iyun 2020-ci il saat 12:00-da onlayn məlumatlandırma sessiyası keçirəcək.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov onlayn sessiyada Şuranın 2 iyun 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin mövzuları haqqında məlumat verəcək, həmçinin, QHT nümayəndələrinin suallarını cavablandıracaq.

 

QHT-ləri məlumatlandırma sessiyasında fəal iştiraka dəvət edirik.

 

https://us02web.zoom.us/j/88966162809