Keçirilən müzakirədə ekspertlər süni intellektin yaratdığı yeni sərvətlərin qlobal inkişaf və xeyriyyəçilik sahəsinə necə təsir göstərə biləcəyini müzakirə ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, müzakirələr Nan Ransohoffun “Amerika xeyriyyəçiliyinin üçüncü dalğası” adlı məqaləsindən sonra başlayıb. Ekspertlər bildiriblər ki, süni intellekt gələcəkdə böyük həcmdə xeyriyyə kapitalı yarada bilər. Lakin əsas məsələ bu vəsaitin səmərəli şəkildə istifadə olunmasıdır.

Bildirilib ki, xarici yardım büdcələrinin azaldığı bir dövrdə inkişaf təşkilatları yeni maliyyə mənbələri axtarır. Bu səbəbdən onlar həm gələcək AI donorları ilə əməkdaşlığa hazırlaşmalı, həm də yeni maliyyənin hansı sahələrə yönələcəyinə təsir göstərməyə çalışmalıdırlar.