Böyük Britaniya hökuməti Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) illik hesabatında ölkələr üzrə yeni yardım bölgüsünü açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2029-cu ilə qədər Malavi və Mozambikə ayrılan ikitərəfli yardımın təxminən 90 faiz azaldılması planlaşdırılır. Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma, Somali, Suriya və Uqanda kimi həssas ölkələrə də yardım əhəmiyyətli dərəcədə ixtisar ediləcək.

Hesabatda həmçinin Ruanda və Sierra Leone kimi aşağıgəlirli ölkələrə ayrılan vəsaitin də azalacağı qeyd olunur. Buna baxmayaraq, hökumət daha əvvəl yardım siyasətində ən həssas ölkələrə üstünlük veriləcəyini bəyan etmişdi.

Sənədə əsasən, ölkə daxilində qaçqın və sığınacaq xərcləri yaxın iki ildə Böyük Britaniyanın yardım büdcəsində daha böyük pay tutacaq.