İtaliyanın Ferragosto bayramı zamanı Siciliyanın Messina şəhərində yerləşən MuMe muzeyindən İntibah dövrü rəssamı Antonello da Messinaya aid edilən dörd qiymətli sənət əsəri oğurlanıb.
QHT.az xarici xarici mediaya istinadən bildirir ki, Oğrular təhlükəsizlik sistemlərini keçərək 1473-cü ilə aid “San Gregorio” poliptixinin üç panelini və zirehli vitrində saxlanılan Məryəm Ana və ölü Məsihi təsvir edən əsəri aparıblar.
Muzeyin direktoru Marisa Merkurio bunu muzey, şəhər və incəsənət dünyası üçün böyük itki adlandırıb. Şəhərin mədəniyyət rəsmisi Enzo Karuzo isə hadisəni “əsl fəlakət” kimi qiymətləndirərək əsərlərin tezliklə tapılmasına çağırıb.
Mütəxəssislər bildirirlər ki, bu qədər məşhur əsərləri qanuni yolla satmaq demək olar ki, mümkün deyil və onlar çox vaxt cinayət aləmində girov kimi istifadə olunur.
Hadisə ilə bağlı araşdırma aparılır. Bu oğurluq, Parma şəhərində təxminən 10 milyon avro dəyərində oğurlanmış üç məşhur rəsm əsərinin geri qaytarılmasından cəmi bir neçə gün sonra baş verib.
Zəhra Mansırova






