Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun oğlu, "Zəfər" İB-nin "Qəhrəman Övladıyıq" xor qrupunun solisti Süleyman Ramaldanov "Akademik xalq və caz musiqisi" II Respublika müsabiqəsinin laureatı adına layiq görülüb.
QHT.az bu münasibətlə Süleyman balamızı ürəkdən təbrik edir və ona gələcək həyatında daha böyük uğurlar arzulayırıq!
Qeyd edək ki, Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonunda idi. 1989-1997-cı illərdə Xətai rayonunda 59 nömrəli tam orta mətəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvansi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Mətəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun əmisi — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.
Pərvanə Fərhadqızı










