“Mən həm QHT sədri, həm Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü kimi seçkilərlə bağlı bir sıra tədbirlərdə iştirak etmiş və mövqeyimi bildirmişəm. Azərbaycan Cənubi Qafqaz regionunda birinci nüfuz sahibidir. Dünyada ədalətli siyasət yürüdən dövlət kimi ad çıxarıb. Beynəlxalq aləmin həll edə bilmədiyi 30 illik münaqişəni 44 günə, həm də Zəfərlə həll etmiş, daxildə sosial bərabərliyi qoruyan bir ölkədir. Əlbəttə ki, bütün böyük uğurlar tarixə Müzəffər Prezident olaraq düşmüş cənab İlham Əliyevin adıyla birbaşa bağlıdır”.
Bu sözləri “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı QHT.az-a açıqlamasında bildirib. QHT sədri inanır ki, xalqımız bu ilki Prezident seçkilərində qalibiyyətə, inkişafa səs verəcək: “Cəmiyyət kimi seçdiyinə əmin olandan sonra şəffalıqdan, ədalətdən başqa heç bir neqativdən söhbət gedə bilməz. Bu gün və həmişə Azərbaycan xalqının əhval-ruhiyyəsi odur ki, müzəffər İlham Əliyevin liderliyinə alternativ yoxdur”.
Qeyd edək ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə bu gün saat 14:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında püşkatma keçiriləcəkdir.
Pərvanə Fərhadqızı










