Yanvarın 15-də Milli Məclisin deputatı Səməd Seyidov Qazax Heydər Əliyev mərkəzinin əməkdaşları ilə görüşüb.
QHT.az xəbər verir ki, görüşdə mərkəzin əməkdaşlarının peşəkarlıqlarına görə onlara təşəkkür edib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini layiqincə gələcək nəsillərə çatdırdıqlarına görə razılıq edib, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.










