“Bu seçki ölkəmizə daha böyük uğurlar gətirəcək.  Biz yeni mərhələyə keçmişik, torpaqlarımız azad olunub, ölkəmiz bütövləşib”.

Bu sözləri "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a açıqlamasında bildirib. Həmişə seçkilərdə həm bir vətəndaş kimi, həm də QHT rəhbəri kimi fəal olduğunu bildirən QHT sədri qeyd edib ki, bu dəfə isə ikiqat fəal və qürurludur: “Ötən ilin yayında ana yurdum olan Kəlbəcərə getdim, uşaqlığımın, gəncliyimin xatirələrini yaşadım, o yerlərdə. Odur ki, mən sonda sizə onu demək istəyirəm ki, mənim səs verəcəyim namizəd birmənalı şəkildə Kəlbəcərimə və digər yurdlarımızı bizə qaytaran cənab İlham Əliyevdir”.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86 faizini topladığı elan olunub. 

 

Pərvanə Fərhadqızı