Ölkəmizdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı ilkin hazırlıqlara başlanlıb. Mərkəzi Seçki Komissiyasında mütəmadi olaraq gedən iclaslar və onların mediada işıqlandırlması, ictimai-siyasi xadimlərin, sadə insanların müzakirələri, medianın bu mövzuya daha çox önəm verməsi, küçələrdə seçkilərlə bağlı yerləşdirilən posterlər günümüzə bir canlanma, xoş ovqat gətirib.
Bu barədə QHT.az-a açıqlama verən "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova bildirib ki, ölkə başçısı İlham Əliyevin yerli media nümayəndələrinə verdiyi müsahibədə dediyi kimi ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Bunun tarixi bir hadisə olduğunu qeyd edən QHT sədri seçki öncəsi prosseslərin öz axarında, demokratik səviyyədə aparıldığını da vurğulayıb: “QHT-lər cəmiyyətin, dövlətin əsas, mühüm sahəsi hesab olunur. Ona görə də ölkədə baş verən istənilən prossesə, hadisəyə profilindən asılı olmayaraq hər bir vətəndaş cəmiyyəti diqqətlə yanaşır. O ki qaldı, prezident seçkilərinə, sözsüz ki, hər bir vətəndaş cəmiyyəti kimi mənim təmsil etdiyim “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi də fəal olub və olacaq da. Çünki söhbət ölkənin taleyindən, gələcəyindən gedir. Biz təşkilat olaraq seçki öncəsi prossesləri izləməklə yanaşı, bu işlərdə nələr edə biləcəyimizi, cəmiyyətimizə necə dəstək olacağımızı da saf-çürük etmişik. İlk olaraq bir Azərbaycan vətəndaş kimi seçki günü böyük iftixarla səs verməyə gedəcəyəm. Sonra QHT rəhbəri kimi seçki prossesini izləyəcəm”.
Pərvanə Fərhadqızı










