23 saatlıq antitterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan Şikar Hüseynovun qız övladı dünyaya gəlib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Şikar Hüseynov 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olub. Tovuz rayonunun Çeşməli kənd qəbiristanlığında dəfn olunan Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şikar Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

 

Pərvanə Fərhadqızı