Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısının qardaş ölkəyə səfəri davam edir.

 

QHT. az AZƏRTAC-a istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçıları yanvarın 7-də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.

 

Sonra azərbaycanlı qazilər tərəfindən Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.