Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Rövşən oğlu Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 2010-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

QHT.az xəbər verir ki, 2013-cü ildən isə "gizir" rütbəsində xidmətini davam etdirib. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Elvin Orucov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərə qatılıb və sentyabrın 27-də qəhrəmancasına şəhid olub.

Elvin Orucov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!