Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aydın Elşən oğlu Həsənov 1995-ci il dekabrın 15-də Gəncə şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Aydın Həsənov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 10-da Xankəndi istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Aydın Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

R. İmanov