Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyal Həziyev 1987-ci il dekabrın 20-də Ağcabədi şəhərində anadan olub.

QHT.az xəbər verir ki, Xəyal Həziyev 2005-2006-cı ildə müddətli həqiqi hərbi xidmətdə olub. Xəyal Həziyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 15 oktyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Xəyal Həziyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!