"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə qəhrəman şəhidlərimizin övladları üçün "Kibertəhlükəsizliyə Giriş" adlı 3 aylıq təlimə start verilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, 3 ay ərzində "Cybernetics" təlim mərkəzində baş tutacaq təlim zamanı şəhid övladları kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə bir sıra təlim və praktiki seminarlarda iştirak edəcəklər.
Pərvanə Fərhadqızı












