Noçuyev Surxay Əbdül oğlu 19.12.1988-ci ildə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2002-2005-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyd”də təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində(AAHM) ali hərbi təhsil alıb. Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay Tağım komandiri, Bölük komandiri, Qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifələrində çalışıb. Surxay Noçuyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
Kapitan Noçuyev Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tabor komandiri kimi ön xətdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhərində Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına Şəhid olub.
12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub. O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə "Vətən Müharibəsi Qəhrəmanı", “Vətən uğrunda”, Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!
R.İmanov












