Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Qənbərli 2020-ci ilin bu günü Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, Vüsal Qənbərli 30 mart 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Vüsal Qənbərli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü olaraq yollanıb və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olan Vüsal Qənbərli 20 dekabr tarixində doğulduğu Biləsuvar rayonunun Günəşli kəndində dəfn olunub.
Vüsal Qənbərli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!












