Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Telman oğlu Paşazadə 27 avqust 2001-ci ildə Bakıda Sulutəpə qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 2019-cu ilin oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 29 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Cavid Paşazadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!