Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik çavuşu olan Mirzəəli Kamran oğlu Mirzəzadə 2002-ci il avqust ayının 28-də Qax rayonunun Cəlayir kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı zamanı 20 sentyabr tarixində Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Mirzəəli Mirzəzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!