Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqustda Kəlbəcər şəhərində yerli əhali ilə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, cənab Prezidentin Kəlbəcərdə səsləndirdiyi keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq fikirini gənc nəsil yaddaşına həkk etməlidir.
Prezident deyir: “Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək”.
S.Qurbanov onu da qeyd edib ki, AXC-Musavat iqtidarının səriştəsizliyində işğal olunmuş Kəlbəcər şəhəri Müzəffər Ali Baş Komandanın sayəsində geri alındı və məğlubiyyət günü qələbə gününə çevrildi.






