Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, QHT.az-a verdiyi açıqlamada, Azərbaycanda şəhid ailələri və qazilər üçün sosial təminatlar sahəsində uğurlu bir model qurulduğunu vurğulayıb. O, bu modelin mənzil təminatı və avtomobil nəqliyyatı ilə təminatı əhatə etdiyini bildirib.
QHT sədri qeyd edib ki, bu təminatlar yalnız maddi deyil, həm də mənəvi və psixoloji dəstək olaraq Qarabağ şəhid ailələri və qaziləri üçün böyük əhəmiyyət kəsb edir. "Hər bir döyüşçü, azad etdiyi torpaqlarda yaşamaq hüququ və mənzil imkanlarının yaradılmasını arzulayır. Bu, şəhid ailələri üçün sosial dəstək kimi əhəmiyyətli rol oynayacaq," - deyə o əlavə edib.
İlqar Hüseynli, bütün bu tədbirlərin tez bir zamanda həyata keçiriləcəyinə əmin olduğunu ifadə edib.
Pərvanə Fərhadqızı










