Hüquq müdafiəçisi, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Varşavada keçirilən ATƏT İnsan Hüquqları üzrə Konfransda çıxış etmişdir. O çıxışını Ermənistanın milli, etnik və dini zəmində irqçi siyasətinə həsr etmişdir.
QHT.az çıxışı mətnini və video versiyasını təqdim edir:
"Cənab sədr təşəkkür edirəm
Mənim qısa çıxışımda qeyd etdiklərim milli və irqi nifrət və sıxışdırma nəticəsində baş vermişdir.
Ermənistan tərəfindən Azərbaycanın 20%ə ərazisi işğal olunana qədər, yəni 1990-cı illərin əvvəllərinə qədər Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yarı uçurulmuş məscidlər isə qəsdən donuz və mal-qara saxlamaq üçün istifadə olunmudur. Bununla bağlı sosial şəbəkələrdə ermənilərin özləri tərəfindən paylaşılan onlarla video materiallar və şəkillər mövcuddur.
Həmçinin bu ərazilərdə 2625 abidə mövcud olmuşdur. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi. 30 il ərzində onlar tamamilə məhv edilərək izi itirilmişdir.
1992-2020-ci illər arası dövrdə işğal altında olan ərazilərdəki qəbiristanlılarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir. Yerli əhalinin əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbirləri qazılaraq onların cəsədində olan dişlər çıxarılmışdır. 700 000 əhalinin vaxtilə yaşadığı ərazilərdəki yüzlərlə qəbiristanlıq məhz bu məqsəd üçün dağıdılmışdır. Hazırda müəyyənləşmə prosesi davam edir. Ermənistan tərəfində bu qəbir qazma işlərini ironik olaraq “gold fever” adlandırırdılar.
Paralel olaraq Ermənistan ərazisinda olan minlərlə tarixi, mədəni, arxitektura əhəmiyyətli abidələr tamamilə dağıdılmış, bir qismi isə rekonstruksiya edilərək ya erməniləşdirilmiş, ya da başqa xalqlara məxsus abidə kimi təqdim edilir
Ermənistan rəsmilərinin, erməni lobbisinin və qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində erməni mədəni və dini abidələrinin dağıdılması ilə bağlı bəyanat və hay-küylərinin isə heç bir əsası yoxdur. Erməni mənşəli əhalinin yaşadığı ərazilərdə hərbi əməliyyatlar getməyib və hazırda həmin ərazilər rus hərbi kontingentinin məsuliyyət zonasındadır. Şuşa şəhərində qədim alban məbədinin özülü üzərində 1887-ci ildə tikilmiş və erməni kilsəsinə çevrilmiş binada hərbi əməliyyatlar zamanı kiçik dağıntılar olmuşdur və hazırda Azərbaycan dövləti tərəfindən əvvəlki formasında bərpa olunur.
UNESCO və digər beynəlxalq təşkilatlar ərazilərə dəvət edilsələr də hələlik hər hansı missiya göndrilməyib.
Beləliklə Ermənistan dünyan ən ən monoetnik dövləti olmaqla başqa xalqların mədəniyyətinə, dilinə, dininə hörmətsizlik göstərən irqçi siyasət aparan dövlətdir və Ermənistanın bu siyasəti ilə ATƏT məkanında dini, milli və etnik tolerantlığa ciddi zərbə vurur.
Təşəkkür edirəm"















