“Hazırda Ekoleks ekoloji hüquq mərkəzi yaşayış binalarında enerji səmərəliliyinə nail olunması üzrə layihə həyata keçirməyə hazırlaşır. Bu layihə 2030-cu ilə qədər Milli prioritetlərə uyğundur”.
Bu fikri Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, Təşkilat İqlim dəyişikliyi mövzusunda 2024-cü ilin yayında ölkədə keçirilməsi nəzərdə tutulan sərgiyə hazırlaşır və həmin sərgidə ölkəmizdə ətraf mühitin mühafizəsi üzrə siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakın nümunələrini təqdim edəcəkdir.
Pərvanə Fərhadqızı












