Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə nümayəndəsi Əminə Quliyevanın təşəbbüsü, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının təşkilatçılığı və Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin dəstəyi 26 fevral- Xocalı faciəsinə həsr olunmuş "İnsanlığa qarşı törədilmiş faciə" adlı tədbir keçirilib.

QHT.az xəbər verir  ki, tədbirdə Sabirabad üzrə Yeni Azərbaycan Partiyasının nümayəndələri, Uşaq Səfirlər Məclisinin nümayəndəsi və məktəbin direktoru,müəllimləri və şagirdləri iştirak ediblər.

İlk öncə Xocalı faciəsinin şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və daha sonra YAP Sabirabad rayon təşkilatının,Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə region nümayəndəsi,məktəbin direktoru və məktəbin tarix müəllimi çıxışlarında bildirdilər ki, Azərbaycan tarixinin ən dəhşətli qanlı səhifələrindən olar Xocalı soyqırımı bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" kimi şeirlər, təqdimatlar və videoçarxlarla davam etdi.