Qrant müsabiqəsinin qalibləri elan edilib.

 

Müxtəlif seleksiya mərhələlərindən sonra qaliblər müəyyənləşib. Müsabiqədə qalib gələn layihələrin müəllifləri bu gün AFFA-ya dəvət olunub. Baş katibin müavini Kamran Vəliyev rəmzi çekləri qaliblərə təqdim edib.

 

Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsinin qalibləri:

 

1-ci yer: Şuşa ilinə həsr olunmuş “ASAN Könüllüləri üçün Zəfər turniri 2” – “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi (5000 AZN)

2-ci yer: S1 “Sehrbaz” – Əliyev Turqan (3000 AZN)

3-cü yer: “Birlik” Uşaq Futbol Kuboku – Səid Bağırov (2000 AZN)