Xəbərlər Blokuna ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiya və reportajlar daxil edilib.
Xəbərlər Blokunun bu dəfə ki buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:
• Şuranın dəstəyi ilə yaradılmış SosialMedia.az saytının təqdimatı keçirilib.
• Soyqırımdan bəhs edən və ingilis dilində hazırlanan sənədli filmin təqdimatı keçirilib.
• Şuranın dəstəyi ilə ÜST ilə Əməkdaşlıq Mərkəzində İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib.
Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.












