“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sərhəd rayonunda (Qazax) aztəminatlı ailələrə sosial yardımın göstərilməsi” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində Qazax rayonunda olan az təminatlı ailələri müəyyən etmək (bəlli say çərçivəsində) və o ailələrə ərzaq yardımın göstərilməsi təşkil olunacaq. Bu fəaliyyətlərin həyata keçirilməsi üçün könüllülər qrupu yaradılacaq. Könüllü olmaq istəyən şəxslər birliyə müraciət edə bilər (E-mail: [email protected])
Layihənin icrası ilə bağlı media və sosial şəbəkələrdə ətraflı məlumatlar veriləcək.
Layihənin devizi – BİZ BİRLİKDƏ GÜCLÜYÜK!












