Bəzi QHT sədrləri QHT Agentliyinin 2021-ci ildə qrant müsabiqəsi elan etməməsi ilə bağlı öz mövqelərini bölüşüblər.
QHT.az həmin rəyləri təqdim edir.
 
Mehriban Zeynalov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yarananda çox sevindik. Yaxşı mesajlarla yanaşı, peşəkar insanların orda təmsil olunmasına həm də sevindik. Amma görünən odur ki, onun fəaliyyəti iflic edilir? Niyə hələ də qaydalar təsdiq olunmur? Niyə hələ də QHT belə biganə və laqeyd münasibət sərgilənir. Görəsən cəmiyyətdə baş verən mənfi tendensiyların QHT-nin rolunun iflic edilməklə artdığını müşahidə edən yoxdurmu?
QHT əhali ilə dövlət qurumları arasında ən yaxşı dialoq yaradan tərəfdir.
QHT problemləri vaxtında aşkarlayıb, onun həlli yoluna təsir edən tərəfdir.
QHT ən yaxşı maarifləndirici tərəfdir ki, hansı ki, dövlət qurumları o hədəf qrupların çıxmaq üçün hər zaman əlçatanlığı yoxdur.
QHT dövlət maraqlarını və şəffaflığı təmin edən ən yaxşı modeldir. Niyə hələ də QHT ilə münasibətdə bu ayrı seçkilik hökm sürməkdədir?!
 
Cəsarət Hüseynzadə, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri. QHT.az saytının rəhbəri
Bu problemi 4-5 ay öncədən görüb, dəfələrlə iclaslarda və sosial şəbəkələrdə məsələni qaldırmışam. Bizimlə bərabər 5-6 QHT sədri də problemi gündəmə gətirirdi. Bəzi həmkarlarımız isə təəssüf ki, bəy tərifi deməyə üstünlük verirdi. Yəqin nə vaxtsa dəstək mexanizmi açılacaq, bəy tərifi deyənlər çox güman ki, daha çox yararlanacaq”
 
 
 
Mətanət Əsgərqızı, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri
 
Hər il bu vaxt QHT- lərə Dövlət Dəstəyi Şurası növbəti il üçün layihə elan edərdi. 2021- ci ilin layihələr üçün ayrılan vəsaiti QHT-lər verilmədi. Görünən odur ki, 2022- ci ildən də gözümüzü çəkməliyik. Agentlikdən başqa bütün qurumlarda layihələr icra olunur. Görünür kimlərsə Agentliyin işlək vəziyyətdə olmasında maraqlı deyillər. Hər il 500- 600 təşkilat maliyyələşərək müxtəlif layihələr icra edirdilər. QHT- lərin çoxunun daimi iş yerləri yoxdur. Vəziyyətin nə qədər acınacaqlı olduğunu hər kəsin düşünməyini istəyirəm.
 
 
Niyaməddin Orduxanlı, "Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri
 
Hər il QHT Şurası yüzlərlə çox önəmli layihələr icra edirdi. On minlərlə insan prosesə cəlb olunurdu. Bu ilə sanki Vətəndaş Cəmiyyətini sıradan çıxartmaq üçün əllərindən gələni əsirgəmirlər. Maliyyə Nazirliyi bu il QHT ayrılan vəsaiti müxtəlif bəhanələrlə vermədi. 1 aydan sonra 2021-ci il üçün ayrılmış 4 milyonu geri qayıtmaq kimi "siləcək" və minlərlə QHT-ni bir manata böhtac qoydular!