"Qayıdış" İctimai Birliyinin sədri, kulturoloq Hasil Tağıyev vəfat edib.
QHT sədri ürək-damar xəstəliklərindən əziyyət çəkirmiş. O, Bakıda bir neçə xəstəxanada müalicə olunub.
Qeyd edək ki, Tağıyev Hasil Feyruz oğlu 1962-ci ildə İmişli rayonunda anadan olub.
O, əvvəllər Mədəniyyət Nazirliyində işləyib.
Allah rəhmət eləsin












