Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndəsi Cavanşir Qurbanzadənin təşəbbüsü, Lerik Rayon Təhsil Sektorunun dəstəyi ilə Lerik şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində 27 sentyabr anım günü ilə əlaqədar tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirin məqsədi məktəbdəki şagirdləri 27 sentyabr anım günü barədə məlumatlandırmaq idi.
Tədbirdə himn oxundu, şəhidləri anmaq məqsədilə 1 dəqiqəlik sükut saxlandı. Slaydlarla birliktə 27 sentyabr anım günü ilə əlaqədar tarixi məlumatlar və anım gününün əhəmiyyəti danışıldı.












