“Vətən Naminə” İctimai Birliyi və Quba Şahdağ Truskavets sanatoriyasının əməkdaşlığının 1 ili qeyd olunub.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında bildirib ki, bu gün Quba Şahdağ Truskavets sanatoriyası ilə qurumun birgə əməkdaşlığının 1 ili tamam olub.

Onun sözlərinə görə, ötən bir il ərzində qarşıya çıxan çətinliklərə baxmayaraq, birgə fəaliyyət uğurla davam etdirilib və mühüm işlər görülüb:

"Bu 1 ildə çox çətin yol olsa da, biz bu yolu birlikdə getdik. Çox işlər gördük, çox yollar qət etdik və bunu baş ucalığı ilə etdik."

Tünzalə Abduləlimova əməkdaşlığın uğurlu nəticələrində əməyi olan hər kəsə təşəkkürünü bildirib:

"Bu gün üçün başda Millət Vəkili Əlibala müəllim, Cəmil müəllim, Qəmbər müəllim, Nüranə xanımlar və bütün Şahdağ otelinin əməkdaşlarına təşəkkür edir, təbrik edirəm. Uğurlarımız bol olsun, İnşallah. İrəli!"

Qurum sədri qeyd edib ki, gələcəkdə də bu əməkdaşlıq davam etdirilərək yeni uğurlara imza atmaq hədəflənir.

 

Pərvanə Fərhadqızı

QHT.az