Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Emil İsmiyev 7 avqust 2001-ci ildə Ağdaş şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 9-da Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Emil İsmiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!






